Seçici siyahısının dəqiqləşdirilməsi mexanizmi açıqlanıb Siyasət

Seçici siyahısının dəqiqləşdirilməsi mexanizmi açıqlanıb

Azərbaycan yeni milli dövlətçilik ənənələrinin formalaşmasında bir sıra addımlar atıb.

APA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Abiddin Hüseynov bildirib ki, seçkilərə artıq 2 aydan az vaxt qalıb: “Qarşımızda mühüm vəzifələr durur. Azərbaycanda bütün məhkumların səsvermə hüquqi tanınır”.

O bildirib ki, Ədliyyə Nazirliyi seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesində iştirak edir: “Əhalinin reyestrində olan məlumatlar MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olur. Bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır. Bundan əvvəl bu kimi hallardan süni istifadə etmək istəyənlər olurdu”.