
Trump: Atəşkəsə nail olmasam, məyus olacağam
15 Avqust 20:00
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
15 Avqust 18:03
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Cari ilin ən yaddaqalan hadisələri sırasında, heç şübhəsiz ki, prezident və parlament seçkiləri mühüm yer tutur.
Qalib Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən prezident və parlament seçkiləri qürurvericidir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi və gələcəyə yönələn yeni reallığın ortaya qoyduğu çağrışların uğurla həyata keçirilməsi baxımındam tarixi əhəmiyyət kəsb edir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Mirsamir Məmmədov deyib.
O, qeyd edib ki, ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu.
Bundan əvvəl Azərbaycan xalqı prezident seçkilərində öz layiqli namizədinə səs verdi. Fevralın 7-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.
2024-cü il sentyabrın 1-də keçiriləb növbədənkənar parlament seçkiləri də ölkəmizin ictimai-siyasi həyatında ikinci ən böyük mühüm hadisə oldu. Hər iki seçki demokratik, azad və şəffaf keçirildi ki, bu proses bütün beynəlxalq müşahidəçilər tərəfindən rəğbətlə qarşılandı. Hər iki seçki ölkəmizin demokratik seçki prinsiplərinə sadiqliyini nümayiş etdirib".
Cavid Şahverdiyev