
Nepalda Simrik Hava Yollarının binası yandırılıb
9 Sentyabr 17:13
9 Sentyabr 17:13
9 Sentyabr 16:30
9 Sentyabr 14:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“İğdır-Naxçıvan qaz kəmərinin açılışı yalnız Azərbaycan Türkiyə arasındakı münasibətlər baxımından deyil, bütün türk dünyası daxilindəki inteqrasiya baxımından böyük əhəmiyyət kəsb edir. Bir zamanlar Atatürk Naxçıvanı türk dünyasının qapısı adlandrımışdı”.
Bunu xalqcəbhəsi.az-a politoloq Sultan Zahidov söyləyib.
Onun sözlərinə görə, bu layihə ilə Türkiyə bir daha bir zamanlar Moskva sazişində öhdəlik götürdüyü Naxçıvanın qarantı rolunu daha da möhkəmləndirmiş olur: “Eyni zamanda, bu, türk dünyası daxilindəki inteqrasiya proseslərinin daha da sürətlənməsinə vəsilə olacaq. Çünki düşünürəm ki, artıq Orta Asiya ölkələri də bu kimi layihələrdə gələcəkdə daha çox və daha fəal iştirak edəcək. Söhbət təkcə enerjidən getmir, nəqliyyat kommunikasiyadan, Bakı-Tbilisi-Qars layihəsi və digər layihələrə qoşulmaq potensialından gedir. Bu da türk dünyasını daha da möhkəmləndirəcək və daha da vəhdət halına gətirmiş olacaq”.
Röya İsrafilova