Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib Siyasət

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.