

18 İyun 23:23
Azərbaycanın yeraltı sularının həcminin müəyyənləşdirilməsi üçün xaricdən mütəxəssislər cəlb olunub.
“APA-Economics” xəbər verir ki, bunu Zabuxçay su anbarına mediatur zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
“Bu dəqiqləşmə aparılıb hesabat təqdim olunduqdan sonra yeraltı suların təkrar bərpası üçün tədbirlər planı hazırlanacaq”, - deyə İ.Quliyev əlavə edib.