7 Noyabr 10:54
17 Oktyabr 17:29
2 695
17 oktyabr tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş keçirilib.
XİN-dən verilən xəbərə görə, görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Daha sonra, kurs iştirakçılarına Xarici İşlər Nazirliyinin iş prosesi barədə məlumat verilib.
Kursda, ümumilikdə Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də qardaş ölkələr - Türkiyə və Pakistandan olan 28 nəfər nümayəndə iştirak edir.
7 Noyabr 20:26
1 043
7 Noyabr 19:04
987
7 Noyabr 19:02
1 253






