İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
20 Oktyabr 2025 08:18
2 065
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri ölkəmizin humanitar diplomatiya sahəsində qazandığı uğurların və tolerantlıq dəyərlərinin təcəssümü kimi tarixə düşdü. Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşü, Vatikan Apostol Kitabxanasında və Arxivində həyata keçirilən bərpa layihələri, eləcə də Vatikan bağlarında əkilən nar ağacı – Azərbaycan mədəniyyətinin və sülh mesajının simvoluna çevrildi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Onun bildirdiyinə görə, bu səfər bir daha göstərdi ki, Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində, elmi və mənəvi irsin qorunmasında mühüm rol oynayır: “Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlığı sayəsində qədim əlyazmaların bərpası və rəqəmsallaşdırılması həm ölkəmizin elmi potensialını, həm də dünya mədəniyyətinə olan hörmətini nümayiş etdirir. Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanın humanitar diplomatiyasını yeni səviyyəyə yüksəldərək ölkəmizi sülh, mədəniyyət və qarşılıqlı anlaşma dəyərlərinin daşıyıcısı kimi təqdim edir”.
Röya İsrafilova
16 Yanvar 21:29
1 799
16 Yanvar 20:47
1 876
16 Yanvar 17:35
2 100