Məşhur türk iş adamının Azərbaycanda başına nələr gəldi? - VİDEO
Əraqçi: Azərbaycanla fikir ayrılıqlarımızı dialoqla həll etmək yolunu tutmuşuq
Səfirlik: Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır
Abbas Əraqçi: Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik
Ceyhun Bayramov: Azərbaycan “3+3” formatlı görüşə ev sahibliyi etməyə hazırdır
12:56
1 897
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Müzakirələrdən sonra İdarə Heyəti bəyanat qəbul edib.
ƏHD Partiyası mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, bəyanatda deyilir:
“ƏHD Partiyası iqtisadiyyat naziri Mikayıl Cabbarovun 5 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın növbəti iclasını keçirməsini hökumətin bu istiqamətdə konkret addımlar atmaq istəyi kimi qiymətləndirir, hökuməti təşkilata üzvlük üçün lazım olan qərarları qısa müddətdə qəbul etməyə çağırır.
Azərbaycan bu təşkilata üzvlük üçün 1997-ci ildə müraciət etsə də, sonrakı illərdə zəruri olan qərarları qəbul etməyib. Azərbaycanın iqtisadi göstəricilərini ÜTT-yə üzv olan qonşu Türkiyə, Rusiya, Ermənistan, Gürcüstan, Qazaxıstanla müqayisə edəndə, bu təşkilata üzvlüyün vacibliyi bir daha özünü qabarıq şəkildə göstərir.
Qonşulardan bizimlə yanaşı yalnız Türkmənistan və İran bu təşkilata üzv deyil. ÜTT-yə üzvlük ixraca və xarici bazarlara çıxış üçün daha geniş imkanların yaradılmasına, xarici investisiyaların artmasına, ölkəmizdə rəqabət mühitinin güclənməsinə və rəqabətədavamlı keyfiyyətli məhsul istehsalına, gömrük sisteminin sadələşdirilməsinə, şəffaflığın artırılmasına, monopoliya və proteksionizmin azalmasına, ÜTT-nin arbitraj müxanizmləri vasitəsilə xarici tərəfdaşlarla ticarət mübahisələrinin daha asan həllinə imkan verəcək.
- ƏHD Partiyası hökuməti ÜTT-yə üzvlüyün ilk zamanlar yarada biləcəyi çətinliklərdən çəkinməməyə, iqtisadiyyatımızın sürətli inkişafı üçün bu istiqamətdə səylərini artırmağa çağırır.
- ƏHD Partiyası hökuməti 2026-cı ili ölkəmizdə dövlət idarəetməsində, iqtisadiyyatda, məhkəmə-hüquq sistemində böyük islahatlar ili etməyə çağırır.
- ƏHD Partiyası hökuməti xuliqanlıq və narkotiklərlə mübarizəyə dair qanunvericilik aktlarına yenidən baxmağa, ölkəmizdə humanizmi və milli birliyimizi gücləndirəcək geniş amnistiya aktı qəbul etməyə çağırır”.