Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq edəcək Siyasət

Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq etməyi hədəfləyir.

APA-nın xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Cevdet Yılmaz deyib ki, bu, Birgə Hökumətlərarası Komissiyanın yeni Fəaliyyət Planında əksini tapacaq: “Üçüncü ölkələrdə sərmayə qoyulması, xidmət sahələrinə əməkdaşlığın təmin edilməsi bu gün imzalanacaq Fəaliyyət Planında əksini tapacaq”.