Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
21:39
560
22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi Ərgüc Kələntərlini Təşkilatın Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi olduğunu vurğulayıb.
Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə, humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Baş katib görüş zamanı, Təşkilatın fəaliyyəti, prioritet istiqamətləri və planları barədə ətraflı məlumat verib.