“Rusiya faktoru Ermənistanın suverenliyinə təhdiddir”
17 Fevral 22:09
17 Fevral 22:09
17 Fevral 21:52
17 Fevral 18:14
17 Fevral 18:11
AMEA Prezidenti: Azərbaycan dilinin orfoepiya lüğəti ilin sonunadək çap edilə bilər
Starmer və Tramp Cenevrədə keçirilən danışıqları müzakirə ediblər
ADY: Naxçıvanda dəmir yollarının bərpası üzrə birinci mərhələ icra olunur
Estoniyanın XİN rəhbəri NATO-nun ölkədə nüvə silahı yerləşdirməsini istisna etmədi
10:23
686
Azərbaycanın Mərkəzi Asiya Liderlərinin Məşvərət Görüşlərinə qoşulmasını regional əməkdaşlıq tarixində yeni mərhələ açıb.
APA xəbər verir ki, bunu Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
Onun sözlərinə görə, C6 yalnız dialoq platforması deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan dayanıqlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı gücləndirməyə imkan verən canlı mexanizmdir:
“Bugünkü konfransın aktuallığı bir neçə mühüm amillə şərtlənir. İlk növbədə, transxəzər dəhlizləri, enerji məsələləri və ekoloji çağırışlar kimi regional proseslərin dinamikası əlaqələndirilmiş və sistemli fəaliyyəti zəruri edir. İkincisi, qlobal gündəmin mürəkkəbliyi və geosiyasi qeyri-sabitlik şəraitində C6 qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji muxtariyyət modelinə çevrilə bilər. Nəhayət, institusionallaşma ehtiyacı xüsusi əhəmiyyət kəsb edir. Formal institutlar, ekspert şəbəkələri və koordinasiya mexanizmləri ilə bağlı məsələlər sadəcə nəzəri müzakirə mövzusu deyil, onların həlli regionun gələcəyinə birbaşa təsir göstərən real və praktik məsələlərdir”.