20:05
833
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İğdır şəhərində yaradılan “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının səhnələşdirdiyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası olacaq.
AZƏRTAC xəbər verir ki, aprelin 15-17-də İğdır, Qars və Ardahan şəhərlərində tamaşanın ilk premyerası keçiriləcək.
Layihəyə İğdır Valiliyi, Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu müvafiq dəstək göstərir.
İğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə zalında və Ardahan Universitetində səhnələşdiriləcək əsərin quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur. Əsəri Türkiyə türkcəsinə Azərbaycanın Xalq artisti, tanınmış teatr-kino xadimi Cahangir Novruzov çevirib.
1850-ci ildə Azərbaycan dilində yazılmış komediyanın əsas qayəsi savadsızlığın, cəhalətin tənqid edilməsi, elmin insan həyatını dəyişməsi, insanı inkişafa çatdırması, Qərb və Şərq ziddiyyətləri, satira və yumordur.
16:09
1 232
13 Aprel 17:56
1 582
13 Aprel 17:53
1 512