İranda "düşmən media" ilə əməkdaşlığa görə beş nəfər saxlanılıb
Prezident Kitabxanasında “Zərifə Əliyeva” adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb
“Bulvardakı tülpanlar: problem məsuliyyətsizlikdir”-Ramil Əliyev
Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb
Pezeşkian: "Dialoqa hazırıq, lakin təzyiqlərə boyun əyməyəcəyik"
11:32
623
2026-cı ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 896 kq 808,712 qram və 17 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 477 kq 653,24 qramını marixuana, 171kq 664,846 qramını heroin, 57 kq 520,39 qramını tiryək, 160 kq 241,04 qramını həşiş, 6 kq 536,7 qramını digər narkotik vasitələr və 23 kq 192,496 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülmüşdür.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kq 808,712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min AZN kimi qiymətləndirilir.