İran tunellərdə basdırılmış raket qurğularını çıxarır Gündəm

İran tunellərdə basdırılmış raket qurğularını çıxarır

İran atəşkəs dövründə yeraltı tunellərdə qapalı qalan raket buraxılış qurğularını çıxarmaq üçün ağır texnikadan istifadə edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

“ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə görə, bir ay davam edən döyüşlərdən sonra İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də salamat qalıb.

Onların bir çoxu, ehtimal ki, ABŞ və İsrailin tunel girişlərinə endirdiyi zərbələr nəticəsində torpaq altında qalıb və İran hazırda onları bərpa etməyə çalışır”, - məlumatda bildirilib.