BTC ilə neftin nəqli 10%-ə yaxın azalıb İqtisadiyyat

BTC ilə neftin nəqli 10%-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə vasitəsilə 6 206 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 9,81% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda maqistral neft kəmərləri üzrə nəqletmənin 76,9%-i BTC-nin payına düşüb.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3%-ni və ya 5 109,6 min tonunu Azərbaycanda hasil edilən neft (10,8% azalma), 17,7%-nii və ya 1 096,4 min tonunu (4,9% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 36 306,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 6,3% azdır. Nəqletmənin 74,9%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 27 179,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,8% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 23 056,9 min tonunu Azərbaycanda hasil edilən neft (4,6% azalma), 15,2%-i və ya 4 122,3 min tonunu (22,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.