Qüdrət Həsənquliyev "Günün Səsi"ni təbrik edib Siyasət

Qüdrət Həsənquliyev "Günün Səsi"ni təbrik edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev "Günün Səsi" xəbər portalının baş redaktoru Pərviz Həşimlini rəhbərlik etdiyi media qurumunun fəaliyyətə başlamasının 10 illiyi münasibətilə təbrik edib:
Təbrikdə deyilir:
"Hörmətli Pərviz bəy!
Sizi və "Günün səsi" xəbər portalının azsaylı əməkdaşlarını 10 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizin gördüyünüz işlər sadəcə peşə deyil, böyük cəsarət və vicdan tələb edən bir missiyadır. Ədalətin, hüququn qorunması, haqsızlığa qarşı mübarizə və insanların hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsi istiqamətində gördüyünüz işlər böyük hörmətə layiqdir.
Çətinliklərə baxmayaraq geri çəkilməməyiniz, daim haqqın yanında olmağınız xüsusi qeyd olunmalıdır. Sizin kimi insanlar cəmiyyət üçün çox dəyərlidir.
Sizə möhkəm cansağlığı, güc və bu şərəfli yolda daha böyük uğurlar arzulayır, xidmətlərinizə görə təşəkkür edirəm!”.