19:42
987
“Texnologiyada Fürsət Bərabərliyi” layihəsi Türkiyədən sonra ilk dəfə olaraq Azərbaycanda həyata keçirilir.
“APA-Economics” xəbər verir ki, bu barədə “Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Mete Şamil Öztürk Bakıda “Texnologiyada Fürsət Bərabərliyi” proqramı çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "Yapı Kredi Bank Azərbaycan"ın Birləşmiş Millətlər Təşkilatının Təhsil və Tədqiqat İnstitutuna (UNITAR) bağlı İdarəçilər və Liderlər üçün Beynəlxalq Təlim, Tətbiq və Tədqiqat Mərkəzi (CIFAL Istanbul) və Bahçeşehir Universiteti (BAU) ilə birgə başlatdığı “Texnologiyada Fürsət Bərabərliyi” layihəsi texnologiya sahəsində qadınların rolunu gücləndirməyi hədəfləyir:
"Proqramımız iştirakçıların yalnız bu günün deyil, gələcəyin dünyasına da hazır olmalarını təmin edəcək geniş bacarıqlar qazandırır. Bu proqramın Türkiyədən sonra ilk dəfə Azərbaycanda həyata keçirilməsi bizim üçün ayrıca qürur mənbəyidir. Yapı Kredi Bank Azərbaycan olaraq, Koç Holdinqin və Yapı Kredi-nin qlobal inkişaf vizyonunun bir parçası olmaqdan böyük məmnunluq duyuruq."- deyə o bildirib.
Sədr qeyd edib ki, bankın əsas səhmdarı olan Koç Holdinq tərəfindən həyata keçirilən təşəbbüslər çərçivəsində qadınların inkişafına xüsusi önəm verilir və layihə çərçivəsində müəyyən edilmiş hədəflərə vaxtından əvvəl nail olunub:
“Koç Holdinqin ‘Nəsillər Boyu Bərabərlik Forumu’ çərçivəsində irəli sürdüyü güclü öhdəliklərə uyğun olaraq, 2026-cı ilin sonunadək 80 min qadına çatmaq hədəfi müəyyən edilmişdi. Bu təşəbbüslər sayəsində qadınların təhsil, texnologiya və müxtəlif sahələrdə imkanlarının genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub və biz artıq bu hədəfə nail olmuşuq”, – deyə o vurğulayıb.
19:07
1 050
18:30
1 036
17:32
1 120