14 Aprel 21:21
1 953
Banqladeş sahilləri yaxınlığında gəmi qəzası nəticəsində azı 250 nəfər itkin düşüb.
Bu barədə "Dhaka Tribune" məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan gəmidə rohinca qaçqınları və Banqladeş vətəndaşları olub.
Gəmi Teknaf bölgəsindən Malayziyaya yola düşüb və ehtimala görə, həddindən artıq yüklənmə, güclü külək və fırtına səbəbindən batıb.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
29 May 14:34
1 498
29 May 11:35
1 386
29 May 09:45
1 449