
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği
|
Sıra №-si |
Fəaliyyətin növü |
Haqqın məbləği (ƏDV daxil, manatla) |
|
1. |
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması |
11 800,00 |
|
2. |
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün təlimlərin keçirilməsi |
|
|
2.1. |
Əsas ixtisas mərhələsi üzrə: |
|
|
2.1.1. |
humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi təliminin keçirilməsi |
2 400,00 |
|
2.1.2. |
qeyri-texniki və texniki tədqiqat təliminin keçirilməsi |
1 450,00 |
|
2.1.3. |
tikililərin partlayıcı sursatlardan təmizlənməsi təliminin keçirilməsi |
950,00 |
|
2.1.4. |
mexaniki vasitə üzrə operator təliminin keçirilməsi |
1 550,00 |
|
2.1.5. |
mexaniki vasitə üzrə operatorun, minaaxtaran heyvan bələdçisinin və xüsusi texnologiyaları idarə edən əməkdaşların minatəmizləmə əməliyyatlarına inteqrasiyası təliminin keçirilməsi |
950,00 |
|
2.1.6. |
minaaxtaran heyvan bələdçisi təliminin keçirilməsi |
4 600,00 |
|
2.1.7. |
əldədüzəlmə partlayıcı qurğularla tanışlıq təliminin keçirilməsi |
470,00 |
|
2.1.8. |
ilkin tibbi yardım və tibb işçilərinin inteqrasiyası təliminin keçirilməsi |
470,00 |
|
2.1.9. |
quyuların və kəhrizlərin təmizlənməsi təliminin keçirilməsi |
440,00 |
|
2.1.10. |
sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi təliminin keçirilməsi |
200,00 |
|
2.1.11. |
təkrarlama təlimlərinin keçirilməsi |
440,00 |
|
2.2. |
Yüksək ixtisas mərhələsi üzrə: |
|
2
|
2.2.1. |
əməliyyat rəhbəri təliminin keçirilməsi |
4 850,00 |
|
2.2.2. |
sahə rəhbəri təliminin keçirilməsi |
4 000,00 |
|
2.2.3. |
bölmə/qrup rəhbəri təliminin keçirilməsi |
2 550,00 |
|
2.2.4. |
texniki tədqiqat rəhbəri təliminin keçirilməsi |
2 550,00 |
|
2.2.5. |
partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə birinci və ikinci dərəcəli mütəxəssis təliminin keçirilməsi |
2 150,00 |
|
2.2.6. |
partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə üçüncü və daha yüksək dərəcəli mütəxəssis təliminin keçirilməsi |
3 300,00 |
|
2.2.7. |
informasiyanın idarə olunması və coğrafi informasiya sistemi təliminin keçirilməsi |
590,00 |
|
2.2.8. |
minatəmizləmə fəaliyyətində orta və ya yuxarı səviyyəli idarəetmə təliminin keçirilməsi |
1 150,00 |
|
2.3. |
Təkmilləşdirmə mərhələsi üzrə: |
|
|
2.3.1. |
minatəmizləmə təlimlərinin əsas ixtisas mərhələsi üzrə təlimatçı təliminin keçirilməsi |
1 400,00 |
|
2.3.2. |
partlayıcı sursatların zərərsizləşdirilməsinin və məhv edilməsinin bütün mərhələləri üzrə təlimatçı təliminin keçirilməsi |
1 700,00 |
|
2.3.3. |
keyfiyyətə təminat və nəzarət təliminin keçirilməsi |
2 000,00 |
Qeyd. Bu cədvəlin 2-ci hissəsində qeyd olunan təlimlərin keçirilməsinə görə haqqın məbləği təlim müddətində 1 (bir) nəfər üçün müəyyən edilmişdir.