17:54
770
İrandan Azərbaycana təxliyə edilən Rusiya vətəndaşlarının ilk qrupu martın 2-də Rusiya hökumətinin nümayəndə heyəti ilə birlikdə Bakıdan Moskvaya uçacaq.
Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, təxliyə olunan qrup 32 nəfər Rusiya vətəndaşından ibarətdir:
"Rusiya vətəndaşlarının ilk qrupu- 32 nəfər bizimlə eyni bortla uçub. Bunlar dünən İrandan çıxaraq bu gün Bakıya çatan neftçilərimizdir. Biz onları özümüzlə birlikdə Moskvaya, evlərinə aparırıq".