17:53
791
İrana qarşı hərbi əməliyyatlarımız davam edəcək.
Bu barədə ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Kane bildirib.
Onun sözlərinə görə, söhbət bir gecəlik əməliyyatdan getmir.
İndiyədək ABŞ-ın 4 hərbçisinin həlak olduğunu vurğulayan general İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözlədiklərini qeyd edib.
Dan Kane bu əməliyyatları tarixi adlandırıb: “Bu əməliyyat bir müddət davam edəcək. Əməliyyata yeni qüvvələr cəlb olunacaq”.