Rutte: ABŞ-ın İrandakı hərbi əməliyyatı bir neçə həftə davam edə bilər
Pentaqon: ABŞ və tərəfdaşları yüzlərlə İran ballistik raketini ələ keçiriblər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirdi - FOTO
SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
16:55
735
Azərbaycan və Rusiya qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atacaq.
Bu barədə Prezident İlham Əliyevin martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulu zamanı bildirilib.
Bildirilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.