15:59
728
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin baş diplomatik müşaviri Ənvər Qarqaş İranın ölkəsinə və Körfəz dövlətlərinə qarşı həyata keçirdiyi hərbi hücumunu pisləyib.
Bu barədə Ənvər Qarqaş CNN telekanalına müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, region üçün tarixi və olduqca təhlükəli bir məqam yaşanmaqdadır. O, İranın öz qonşularına hücum etməsini yanlış düşünülmüş addım adlandırıb:
"Mən İranın BƏƏ və Körfəz ölkələrinə qarşı təcavüzünü ən kəskin şəkildə pisləyirəm. Biz uzun müddət bu ssenaridən qaçmaq və müharibənin qarşısını almaq üçün səmimi şəkildə çalışdıq. Lakin görünən odur ki, bu dəfə uğursuz olduq. Region son onillikdə, xüsusilə də son iki ildə kifayət qədər müharibə görüb. Hazırkı hərbi əməliyyatlar problemin həlli deyil".
Ə.Qarqaş həmçinin əlavə edib ki, Cenevrə danışıqlarının çıxılmaz nöqtəyə çatmasından sonra hər kəsin qorxduğu bu anın yaşanacağı gözlənilən idi.