Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib Siyasət

Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib

Venesuelanın xarici işlər naziri İvan Gil Pintoölkəsində baş vermiş zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib.

O, bu barədə “X” hesabında yazıb.

“Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə minnətdarlığını bildirir”, - nazir bildirib.

Qeyd edək ki, Venesuelada baş verən zəlzələ nəticəsində azı 164 nəfər ölüb, 1000-ə yaxın insan yaralanıb.