“Tolerantlıq Azərbaycana əcdadlardan miras qalıb” Siyasət

“Tolerantlıq Azərbaycana əcdadlardan miras qalıb”

“Azərbaycanda milli və dini tolerantlığın formalaşması tarixi ənənələrə və ölkənin coğrafi mövqeyinə söykənir”.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu “xalqcəbhəsi.az”a açıqlaması zamanı söyləyib.

O qeyd edib ki, Azərbaycanda milli və dini tolerantlığın çox qədim kökləri var. Yəni əslində bu tolerant mühit bizə əcdadlarımızdan miras qalıb: “Azərbaycanın coğrafiyası müxtəlif qitələrin kəsişməsində yerləşdiyi üçün, müxtəlif dinlərin kəsişməsində həm də yerləşdiyi üçün, tarixən biz daima müxtəlif xalqlar və müxtəlif dini konfessiyaların nümayəndələri ilə dialoqda olmuşuq. Və zaman-zaman biz özümüz bir xalq olaraq formalaşan zaman etnogenezimizdə müəyyən fərqli tayfaların, xalqların nümayəndələrinin iştirakını müşahidə etmişik. Eyni zamanda Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, dövlət dini səviyyəsində tarixin müxtəlif mərhələlərində həm xristianlıq, həm yəhudilik, həm də İslam — yəni səmavi dinlərin hər üçü bizdə dövlət dini səviyyəsinə yüksəldilibdir müxtəlif tarixi dövrlərdə. Ona görə də, bu gün yaşadığımız mühit əslində bizə miras qalmış etnomədəni, demək, coğrafiyamızın mirasıdır. Üstəlik də bizim, Azərbaycanın Konstitusiyası da bunun hüquqi əsaslarını formalaşdırır. Ona görə də multikultural mühitimiz ənənəvi olduğu üçün bu gün də davam edir”.

Günel Elxan