Milli Məclisin xüsusi iclası keçirilib Siyasət

Milli Məclisin xüsusi iclası keçirilib

31 mart soyqırımı müzakirə olunub


Milli Məclisin Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası keçirilib. İclasın gündəliyinə 1 məsələ daxil edilib.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.
Daha sonra isə spiker Milli Məclisdə soyqırımı qurbanlarının xatirəsinin anılması üçün 1 dəqiqəlik sükut elan edib.
Bu, "1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi"dir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.
Deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib ki, xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin hücum diplomatiyasına adekvat ola bilmir: "Çox təəssüf edirəm ki, prezident İlham Əliyev tərəfindən müəyyən olunan hücum diplomatiyasına Azərbaycanın xarici işlər naziri adekvat addımlar atmır. Onun Azərbaycan qarşısında ən böyük xidməti o olar ki, öz təşəbbüsü ilə istefaya getmiş olsun".
Milli Məclisin sədri Oqtay Əsədov isə Fəzail Ağamalının istefa çağırışına qısa münasibət bildirib: "Xeyir ola, Ana Vətən Partiyası yalnız xarici işlər nazirindən yapışır?"
Deputat Rafael Cəbrayılov deyib ki, 200 ilə yaxın müddətdə ermənilərin soyqrımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan beynəlxalq konvensiyaya və bunun əsasında Cinayət Məcəlləsində əksini tapan maddəyə uyğundur: "Bu soyqrımıları qəddarlığa görə klassik soyqrımılarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə üsulundan istifadə edir, meyitlərin üzərində işgəncələr həyata keçirirdi. Bu tarixdə erməni soyqırımı əlamətlərdirir". Deputat bildirib ki, indi əsas məqsəd 200 il ərzində törədilən soyqrımını dünyaya tanıtmaq naminə daha çox işlər görmək olmalıdır: "Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqrımının ifşası haqqında danışmasın. Siz də mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür. 200 ilə yaxın bir müddətdə soyqrımına məruz qalsaq da, Qubada olan memorial komlkesi istisna olmaqla nə digər abidə, nə də soyqrımı muzeyimiz var. Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqrımı muzeyi və ya abidə yaradıla bilər. Buna Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünki 1918 öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib".
Deputat Rafael Hüseynov isə həmkarının təklifinə cavab olaraq deyib ki, Azərbaycanda Soyqırımı Muzeyinin yaradılması ilstiqamətində işlər aparılır: "Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda Soyqırımı Muzeyi yaradılacaq".
Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycana qarşı törədilən soyqırım haqqında yazılan kitablar, faktlar, sənədlər və parlamentdəki çıxışlar əsasən beynəlxalq aditoriyaya çıxarılmalıdır.
S.Novruzov deyib ki, törədilən soyqırımlar haqqında və Ermənistanın işğalçı siyasəti ilə bağlı kitablar yazılıb və dərc olunub: "Akademik Yaqub Mahmudov tərəfindən Milli Məclisin kitabxanasına bununla bağlı çoxlu kitablar təqdim edilib. Bu sənədlər xarici dillərə tərcümə olunmalı, beynəlxalq arenaya çatdırılmalıdır. Həmin sənədlər tərcümə olunub internetdə yerləşdirmək lazımdır ki, hər kəs oxusun.Təklif edərdim ki, Milli Məclisin bəyanatı müxtəlif dillərə tərcümə olunsun, xarici parlamentlərə göndərilsin, bu tərcümələr internet və dostluq qrupları vasitəsilə xarici ölkələrə çatdırılsın, dünya ölkələrinin saytlarında yerləşdirlisin".
Deputat Fazil Mustafa diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermirik: "Ancaq erməni daşnak Njdeyə heykəl qoynda deyirik ki, ona niyə abidə ucaldıblar?"
Deputat bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji lideri və qurucularından olsa da, müasir Azərbaycan dövlətçilyinin qurucusu Heydər Əliyevdir: "Ancaq nədənsə Rəsulzadəyə münasibət fərqlidir. Onun adının əbədiləşdirilməsi istiqamətində işlər getmir və ya buna qısqanclıqla yanaşılır. Hətta onun Növxanıdakı ata ocağı uşaq bağçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevrimirk? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda başlayırıq, niyə abidə qoyurlar? Belə yanaşma olmaz axı".
Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Azərbaycan dövlətinin ən böyük qazancı onun müstəqilliyidir: "Burada bəzi fikirlər səsləndi ki, bolşeviklərin, kommunistlərin bu hadisələrdə əli yoxdur. Amma birmənalı olaraq deməliyik ki, azərbaycanlıların başına gələn, soyqırımılar, işğallar bolşevik, kommunistlər və ermənilərin əlbirliyi ilə həyata keçriilib. Həmçinin Sovet İttifaqı zamanında Azərbaycana qarşı olan münasibət hamının gözü qarşısındadır. Əfsuslar olsun ki, biz cəmiyyətdə bəzən Sovet İttifaqından ötrü sinov gedənləri görürük. Ulu öndər Heydər Əliyev də deyib ki, bizim ən böyük uğurumuz müstəqilliyimizdir. Hesab edirəm ki, gənc nəsilə bu mesajları ötürməliyik" .
Komitə sədri bildirib ki, Azərbaycanın müstəqilliyin qorunub saxlanılması, dövlətimizin gücləndirilməsi üçün cənab prezident tərəfindən uzaqgörən və sistemli işlər aparılır: "Bu gün kitabların çapı çox vacibdir. Amma dünyada aparılan rəy sorğuları onu göstərir ki, dünyada artıq insanlar kitabdan aralı düşüblər. Ona görə də innovativ yanaşmalar tətbiq olunmalıdır. Bu gün AMEA-nın bazası buna imkan verir ki, onlar daha çox innovativ elementlər həyata keçirsinlər. Mən inanıram ki, Azərbaycanla bağlı həqiqətləri nə qədər çox dildə yaysaq, bir o qədər də yaxşı olar. Amma bundan daha vacibi isə beynəlxalq təşkilatlara çatdırmaqdır. Biz başımıza gələtirilən soyqırımıları öyrənməliyik. Amma eyni zamanda dünya ictimaiyyətinə müraciət etməliyik. Belə uğurlu kampaniyalar var. Bildiyimiz kimi, Heydər Əliyev Fondu, şəxsən Leyla Əliyeva tərəfindən Xocalıya Ədalət Kampaniyası çox uğurla həyata keçirilir. Bu gün reallıqları dünyaya çatdırmaq üsulları məhz belədir".
Fuad Muradov qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkəmizlə bağlı həqiqətləri internet vasitəsilə dünyaya çatdırırlar. "Çox təəssüflər olsun ki, bu gün bəzi ölkələr ikili standartları tətbiq edirlər. Mən inanıram ki, Azərbaycanda həyata keçirilən islahatlar bizim iqtisadi, hərbi inkişafımız düşmənə ən yaxşı cavabdır. Mən bir daha soyqırımı qurbanlarının qarşısında baş əyirəm. Azərbaycan xalqı onların haqlı işlərini davam etdirəcək".
Deputat Cavanşir Feyziyev bildirib ki, 100 il bundan əvvəl, 1918-ci ilin martında minlərcə azərbaycanlı əvvəlcədən düşünülmüş soyqrımı hadisələrinin qurbanlarına çevrilib: "1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüflər olsun ki, bunun qarşısını ala bilmədi. XX əsr boyunca azərbaycanlıların öz torpaqlarından sıxışdırılması, kütləvi surətdə deportasiyası, qətlə yetirilməsi davam edib. Torpaqlarımızın 20 faizi işğal edilib. Bu gün 1 milyondan çox vətəndaşımız öz ata-baba yurdlarına dönməyi səbirsizliklə gözləyir".
Deputat bildirib ki, azərbaycanlılara qarşı baş verən hadisələrin dərindən öyrənilməsi, hər bir vətəndaşa çatdırılması və eyni zamanda soyqırımı hadisələrinin dünya miqyasına çatdırılması mühüm əhəmiyyət kəsb edir: "1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə 31 Mart tarixinin Dünya Azərbaycanlılarının Soyqırımı günü kimi elan edilməsi bu tədbirlərin həyata keçirilməsi üçün geniş imkanlar açıb. Bu istiqamətdə dövlət qurumları, QHT-lər, ziyalılar və vətəndaş cəmiyyətləri tərəfindən çoxsaylı tədbirlər həyata keçirilib. Çoxsaylı araşdırmalar aparılıb. Bütün bunlara baxmayaraq, təəssüflə deməliyik ki, dünya miqyasında bilgilər olduqca azdır. Biz digər ölkələrin siyasətçiləri ilə görüşlərimizdə bunun şahidi oluruq. Hesab edirəm ki, beynəlxalq mediada, KİV-lərdə, elmi-kütləvi nəşrlərdə Azərbaycan həqiqətlərinin yayılması istiqamətində çox iş aparılmalıdır".
Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul edilib.

Əli