Bütün təhdidlər azad və firavan yaşamaq iradəmizə qarşı yönəlib Siyasət

Bütün təhdidlər azad və firavan yaşamaq iradəmizə qarşı yönəlib

Sosial şəbəkələrdə dini pərdə altında anti-Azərbaycan təbliğatı davam etdirilir. Müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlatının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxtl uzatdığı və s. bu kimi iddialar irəli sürülür.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, bütün bunlar Azərbaycana qarşı həyata keçirilən təxribat kampaniyasının tərkib hissəsi və davamıdır: "Gəncədə baş verən terror aktı, həmçinin radikal qrupların ixtişaşa cəhdi zamanı xüsusi amansızlıqla həyata keçirilən cinayətlərdən nəticə əldə etməyən xarici dairələr və onların din pərdəsi arxasında gizlətdiyi vətən xainləri nəyin bahasına olursa-olsun Azərbaycan xalqının və dövlətinin iradəsini qırmağa, vətəndaşlarımız arasına nifaq toxumu səpməyə çalışırlar. Bu prosesun vahid mərkəzdən idarə olunduğuna qətiyyən şübhə yoxdur və prosesin arxasında dayanan xüsusi xidmət orqanlarının, işğalçı Ermənistanı himayə edən, Azərbaycan torpaqlarının qəsb edilməsi zamanı Ermənistan üçün "həyat yolu" missiyasını yerinə yetirən, regionü münaqişələr, qarşıdurmalar yolu ilə nəzarətdə saxlamağa çalışan dairələrin də ünvanı hər kəsə bəllidir. Təəssüf ki, beynəlxalq hüququn bəzi subyektləri nəinki elan etdikləri prinsiplərə, qoşulduqları konvensiyaların müddəalarına əməl etmir, əksinə terrorizm, aqressiv separatizm və digər bu kimi insanlıq əleyhinə cinayətlərə ortaq olur, bütün dinlərin, o cümlədən İslam dininin təşviq etdiyi humanizm prinsiplərinin, bəşəri dəyərlərin gözdən salınmasına xidmət edirlər. Kimsəyə sirr deyil ki, regionun bəzi dövlətləri ayrı-ayrı Azərbaycan vətəndaşlarını qanunsuz yollarla əməkdaşlığa cəlb edir, onları qeyri-qanuni hərbi birləşmələrin, terror qruplarının təlim mərkəzlərinə göndərir və ölkəmizə qarşı müxtəlif cinayət əməllərində istifadə etməyə çalışırlar. Maraqlıdır ki, Azərbaycana qarşı həyata keçirilən bu təxribatlarda bir-birinə tamamilə zidd ideoloji müstəvidə formalaşan teokratik və sekulyar rejimlərin təmsilçiləri vahid mövqedən çıxış edir, yayındırıcı manevrlərlə diqqəti hücumların real məqsədindən yayındırmağa çalışırlar. Diqqəti cəlb edən məqamlardan biri də öz sərhədlərindən kənarda terrora, dinin radikallaşmasına və siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxdığını iddia edən bəzi subyektlər öz sərhədləri daxilində başqa bir ölkəyə, indiki halda Azərbaycana qarşı təşkil edilən terror və separatizm ssenarilərinin yazıldığı və icrasına sifariş verildiyi məkana çevrilir. Öz ərazisində baş qaldıran separatizm və terrorizm dalğasına, din pərdəsi arxasında daldalanan radikal qruplara qarşı tanklarla, raketlərlə mübarizə aparan, bütöv kəndləri, şəhərləri bombalayan dövlətlər başqa ölkəyə qarşı oxşar təxribatları həyata keçirən qrupları himayə edir, onlara hər cür imkanlar yaradır, şəbəkələşmələrinə, imformasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etmələrinə hərtərəfli şərait yaradırlar. Bütün bunlar isə sübuta yetirir ki, təxribatçıların istifadə etdikləri "din", "Qarabağ məsələsi", "sosial problemlər" və bu kimi tezislər onlara haqqında danışdığım subyektlərin müvafiq strukturları tərəfindən ötürülüb və Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının tərkib hissəsidir". Elçin Mirzəbəlinin qənaətinə görə, əslində Azərbaycan hökumətini "Qarabağı azad etməkdə maraqlı olmadığını" iddia edənlərin niyyəti ölkəni qarşıdurmaya sürükləmək, gücdən salmaq və təslimçi sülhə sövq etməkdir: "Bunun üçün isə onlara Azərbaycanda özlərinin idarə etdiyi, hətta forpostdan da aşağı statusa malik olan oyuncaq dövlət və marionet idarəçilər lazımdır. Onlar Azərbaycanın maraqlarını müdafiə edən, silahlı qüvvələri gücləndirən, ordunu dünyanın müxtəlif ölkələrində istehsal edilən ən müasir silah-sursar, hərbi texnika ilə təchiz edən, ölkənin beynəlxalq əlaqələrini genişləndirən, nüfuzunu artırmaq üçün çalışan, dövlətinin maraqlarını və qürurunu qoruyan dövlət başçısını özlərinə ən böyük təhlükə görürlər.
Ona qalarsa Azərbaycanda vicdan azadlığına olan münasibət ortalıqdadır. Bu istiqamətdə yürüdülən siyasət dövlətin prioritet istiqamətlərindən biridir. Tolerantlıq Azərbaycan xalqının mədəniyyətinin mahiyyətini, dünyagörüşünün fəlsəfi altyapısını əks etdirir. Qarabağı Azərbaycanda qoparmağa çalışan dairələr isə bünün əksini, ermənilərlə azərbaycanlıların birgəyaşayışının mümkün olmadığını sübut etməyə çalışırlar. Azərbaycanda dini müstəvidə nifaq toxumu səpilməsinə cəhd də buradan qaynaqlanır. Əleyhdarlarımız müxtəlid vasitələrlə ölkəmizdə qarşıdurma, barışmazlıq mühiti yaratmaq istəyirlər ki, bundan sonra da ermənilərin Azərbaycanda yasamasının mümkün olmadığını bütün dünyaya körükləyə bilsinlər.
Təbii ki, bu təxribatların detalları arasında Azərbaycanı dünyadan təcrid etmək, bir, yaxud ortaq mövqedən çıxış edən bir neçə subyektin təsiri alrında saxlamaq, ölkəmizin uğurlu energi siyasətinin qarşısını almaq, dövlətimizin dünyaya açılışını, inkişafını əngəlləmək, asılı vəzittətə samaq niyyəti də var. Şübhəsiz ki, bütün bu amillər sübuta yetirir ki, hədəfdə Azərbaycan dövləti, xalqı və övladlarımızın gələcəyidir. Bütün bu təhdidlər sabitliyimizə, təhlükəsizliyimizə, azad və firavam yaşamaq iradəmizə qarşı yönəlib. Və bu təhdidlərə qarşı bu günə qədər olduğu kimi yenə də dövlət və xalq olaraq birlikdə dayanmalıyıq".