Azərbaycan Omanda 1-ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumunda təmsil olunur
ADA Universitetinin tələbəsi: Şəhər yeniliyin arxasınca qaçaraq öz ruhunu itirməməlidir
Boks üzrə Azərbaycan çempionatının ilk günündə 24 döyüş baş tutub
Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi komandasına seçilib
Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir
1 İyul 2020 15:27
1 330
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi Tural Gəncəliyev ATƏT Parlament Assambleyası, Aralıq Dənizi ölkələri Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası dövründə terrorizm və radikal ekstremizmə qarşı mübarizə” mövzusunda keçirilən onlayn konfransda iştirak edib. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasından bildirilib ki, çıxışında Azərbaycanın beynəlxalq səviyyədə terrorizmlə mübarizədə vacib ölkə olduğuna diqqət çəkən Tural Gəncəliyev həm də Azərbaycanın özünün xüsusilə erməni terrorundan əziyyət çəkdiyini xüsusi vurğulayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olan Tural Gəncəliyev həm də Milli Məclisdə Xankəndi şəhərindən seçilmiş millət vəkili kimi Azərbaycanın AŞ PA və ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.
20:50
553
20:15
630
20:14
616