" Ermənilər Tovuzda verdiyi itkilərinin sayını xeyli sayda gizlədirlər " Siyasət
" Iki gündür Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Erməni vəhşiləri bütün beynəlxalq normaları pozaraq Azərbaycancan sərhədlərinə hücum edib. Və Azərbaycanın qəhrəman zabit və əsgərlərin sücaəti hesabına xeyli erməni əsgərləri itki verərək geri çəkilib. Ancaq Ermənistanın Paşinyan rejimi həyasızcasına çoxlu sayda hərbçsinin məhv edildiyi barədə məlumatları gizlədirlər. " -bu açıqlamanı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı "Baymedia.az" saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistan rəsmi mənbələri cəmi 4 nəfərin öldürüldüyünü elan ediblər:" İki gündür dayanmadan erməni saytlarını, blogerlərinin yazdıqlarını izləyirik. Sosial şəbəkədə ermənilər son 2 gündə yüzdən artıq ermənin öldüyü barədə statuslar, məlumatlar yayırlar. Bu gün Emənistan rəsmiləri 4 nəfərin ölümü xəbərindən sonra ermənilər sosial şəbəkədə erməni hərbçisi Kaytsakov Slavikin, bundan başqa, Aşot Melkumyan öldürmülməsi dair fotosunu və digər erməni hərbiçilərin şəkillərini yayaraq, onların rəsmi məlumatlarda ölüm xəbərinin oldmadığını bildirirlər, paylaşırlar. Ancaq bu gün sosial şəbəkə vasitəsi ilə ermənilərin xeyli sayda itki verdiklərini hamımız görürük. Bu faktlar Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində xeyli sayda erməni hərbçisinin öldürüldüyünə və Ermənistanın real canlı qüvvə itkilərini gizlətdiyinə dair deyilənləri bir daha təsdiq edir. Onu da qedy edim ki, bu məlumatları əsasən ermənilərin tanınmış blogerləri və medi nümayəndləri yayırlar."
QHT sədrinin fikirincə, bu iki gündə Azərbaycanda milyonlarla insan Qarabağda müharibənin başlanması və torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an silaha sarılmağa hazır olduqlarını nümayiş etdirdilər:" İlk gündən yüz minlərlə soydaşımız Ali Baş Komandan İlham Əliyevin əmr verəcəyi təqdirdə, torpaqlarımızın işğaldan azad edilməsinə hazır olduqlarını bildirdilər. Bu istiqamətdə on minlərlə şəxsin statusunu, mövqeyini gördük. Bu gün şəhidlərimizin dəfn mərasimində on minlərlə soydaşımızın iştirakının şahidi olduq. Bildiyiniz kimi, ölkəmizdə karantin rejimi olduğu halda, koronavirusdan qorunduğu bir məqamda, minlərlə insan heç bir virus qoruxusu olmadan öz mənəvi borcunu şəhidlərimiz üçün yerinə yetirdilər. İnandırım sizi səfərbərlik əmri verilsə, bir günə yüz minlərlə gəncimiz Vətən mharibəsinə qalxacaq. Bunu bizim düşmənlərimizdə görür. Və bu səbəbdən də sosial çəbəklərdə təxribat xarakterli məlumatlar yaymağa başlayıblar. Özlərinin əlaltıları olan 5-cü kalonun nümayəndlərini işə salıblar. Biz daxili xainləri və satqınları da diqqətdə saxlamalayıq. Ən qorxulu düşmən bunlardı."