29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
28 Sentyabr 2020 10:14
2 107
Avstraliyanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması və Azərbaycan ordusunun cavab tədbirləri ilə bağlı bəyanatını yayıb.
AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı vibimedia.net.au, abs.net.au, sbs.com.au saytlarında və digər informasiya portallarında ingilis dilində yayımlanan materiallarda sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumatlar oxuculara təqdim olunur.
Geniş oxucu auditoriyasına malik vibimedia.net.au portalında yerləşdirilmiş “Ermənistanın işğalçı siyasətinin pisləyən Azərbaycan bütün dünyanın diqqətini buna yönəldir” adlı məqalədə vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.
H.Hacıyevin bəyanatından gətirilən sitatda deyilir: “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.
Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir”.
Avstraliya KİV-ləri, həmçinin Azərbaycan Müdafiə Nazirliyinin cəbhədəki vəziyyət və erməni təxribatları barədə məlumatlarını da yayıb.
29 Aprel 18:25
1 400
29 Aprel 18:24
1 183
29 Aprel 18:24
1 372
