Azərbaycan Prezidenti: “Bizdə olan məlumata görə, Gəncəyə hücum qərarı şəxsən Paşinyan tərəfindən verilib” Siyasət

Azərbaycan Prezidenti: “Bizdə olan məlumata görə, Gəncəyə hücum qərarı şəxsən Paşinyan tərəfindən verilib”

“Gəncə hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

“Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”, - deyə dövlət başçısı qeyd edib.