Ərdoğan: “Bir daha təkrar edirəm, Makronun zehni baxımdan müalicəyə ehtiyacı var” Siyasət

Ərdoğan: “Bir daha təkrar edirəm, Makronun zehni baxımdan müalicəyə ehtiyacı var”

Avropa İttifaqı (Aİ) Emmanuel Makronun müsəlmanlara qarşı nifrət kampaniyasına “dur” deməlidir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd peyğəmbərin mövludu həftəsinin açılışında çıxışı zamanı bildirib.

“Emmanuel Makronun xoşuna gəlməsə də, bir daha təkrar edirəm, Fransa liderinin zehni baxımdan müalicəyə ehtiyacı var. Avropa İttifaqı ona “dur” deməlidir”, - deyə Ərdoğan qeyd edib.