29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
7 Noyabr 2020 13:33
2 828
Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.
Bu barədə “İki sahil” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl onun Şuşanın “hərbi komendant”ı “təyin olunması” barədə məlumat yayılmışdı. Azərbaycan mənbələri Seyran Ohanyanın yaralanması xəbərini təsdiqləyiblər.
Xatırladaq ki, Ohanyan Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı soyqırımının təşkilatçılarından biridir.
366-cı alayın 2-ci batalyonunun komandiri kimi Seyran Ohanyanın aktiv iştirakçısı olduğu, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
29 Aprel 18:25
1 407
29 Aprel 18:24
1 190
29 Aprel 18:24
1 379
