

18 İyun 23:23
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikovla (Ramiz Duyğun) vida mərasimi keçirilib.
"Təzəpir" məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Ramiz Məlikov bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.