Klublararası dünya çempionatında qrup mərhələsinin ilk turuna yekun vurulub İdman

Klublararası dünya çempionatında qrup mərhələsinin ilk turuna yekun vurulub

Klublararası dünya çempionatının qrup mərhələsində birinci turun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.

H qrupunda Avstriyanın “Zaltsburq” komandası Meksika təmsilçisi "Paçuka"nı 2:1 hesabı ilə üstələyib. Bu qrupun digər matçında isə İspaniya “Real Madrid”i Səudiyyə Ərəbistanının "Əl-Hilal" kollektivi ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

G qrupunda isə “Mançester Siti” Mərakeşin “Vidad” klubuna 2, “Yuventus” isə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” komandasına 5 cavabsız qolla qalib gəlib.