

18 İyun 23:23
İranın xarici işlər naziri Abbas Araqçi sabah Cenevrədə avropalı həmkarları ilə görüşəcək.
Bu barədə nazir özü IRNA-ya məlumat verib.
Onun sözlərinə görə, sabah İran nümayəndə heyəti Böyük Britaniya, Fransa, Almaniya xarici işlər nazirləri və Aİ nümayəndəsi ilə məsləhətləşmələr üçün Cenevrədə görüş keçirəcək.