İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 İyul 2025 20:50
3 066
1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.
APA xəbər verir ki, hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm, çəkisi 4 kq 200 qr, cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
***
19:00
Sabirabadda ana doğuş zamanı ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Yalavac kənd sakini, 1992-ci il təvəllüdlü Kərimova Şəbnəm Vaqif qızı Sabirabad doğum evində doğuş zamanı ölüb.
Yeni doğulan uşaq isə sağ qalıb.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393