Naftalan neftinin müalicəvi təsirinin tanıdılmasına dair Tədbirlər Proqramı təsdiqlənib Cəmiyyət

Naftalan neftinin müalicəvi təsirinin tanıdılmasına dair Tədbirlər Proqramı təsdiqlənib

“2026–2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi
məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı” təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.