Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikmək niyyətindədir Cəmiyyət

Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikmək niyyətindədir

Türkiyə tərəfi azad olunmuş ərazilərdə (Ağdamda) peşə təhsili müəssisəsinin tikintisi ilə bağlı təşəbbüs irəli sürmüşdür. Hazırda bu məsələ də gündəlikdə aktualdır.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, ümumiyyətlə təhsil sahəsində gözəl ənənələrimiz var: “Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar.

Bununla belə Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır.
Təhsil sahəsində əməkdaşlığımız barədə əlavə məruzə etmək üçün elm və təhsil nazirinin müavininə söz veriləcək”.