
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Bir neçə gün əvvəl mühacir kürdlərin Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində "çərşənbə şənliyi" keçirmələrindən sonra, bu dəfə də əyalət mərkəzi Urmu şəhərində oxşar tədbirin keçirilməsini planlaşdırıblar.
Gunaz.tv
Bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, martın 18-də keçirilməsi nəzərdə tutulan tədbir üçün dövlət qurumlarından rəsmi icazə alınıb.
Bu, bir neçə gün əvvəl SEPAH komandanlığının orucluq ayı və şiyələrin birinci imamının ölüm gününün ildönümü ilə bağlı şənlik mərasimlərinə qadağa ilə bağlı bəyanatından sonraya təsadüf edir.
Məsələnin ictimailəşməsindən və etirazların edilməsindən sonra, Qərbi Azərbaycan əyalətinin baş hakimi Nasir Ətəbati bəyanat yayaraq, "orucluq ayına hörmətsizlik edənlərə qarşı tədbir görüləcəyi"ni deyib.
Qeyd edək ki, ötən həftə mühacir kürdlər Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərində "çərşənbə şənliyi" keçirib, şəhəri Kürdüstan, bölgə sakinlərini isə kürd kimi qələmə veriblər.
Onların bayram mərasimləri bir neçə il əvvəldən Qərbi Azərbaycan əyalətinin miliyyətcə kürd olan keçmiş valisi Məhəmməd Sadiq Mötəmedian dövründən başlayıb.
Hazırda əyalətə miliyyətcə türk olan Rza Rəhmani vali təyin edilsə də, Mötəmedian dövründə başlayan Azərbaycan torpaqlarına iddia xarakterli "ənənə" davam edir.