29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
2 Sentyabr 2025 12:22
6 244
Təbrizdə "Dəli Domrul" tamaşası səhnəyə qoyulacaq.
Gunaz.tv
"Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanan tamaşa insanın ölüm, ölməzlik, məhəbbət və taleyin həyatdakı rolu ilə bağlı qayğılarından bəhs edilir.
Tamaşanın quruluşçu rejissoru Məhəmməd Salar Qulizadə mətbuat konfransında tamaşanın ərsəyə gəlməsində yaranan çətinliklərə toxunaraq deyib: "Məşqlərə başlamaq və icazə almaq işin ən çətin mərhələlərindən idi. Məşqlər 2024 noyabrın 26-da başlayıb və maliyyə və əməliyyat çətinliklərinə baxmayaraq, tamaşanın səhnəyə çıxarılması üçün kollektiv yorulmadan çalışıb".
Tamaşanın müəllifi Şahin Muradi də öz fikirlərini bölüşüb.
“Dəli Domrul əfsanəsi ölüm qorxusu, həqiqi sevgi, Tanrının insanların həyatında və ölümündə rolu kimi məfhumlardan bəhs edir, eyni zamanda, bu dastan Azərbaycan xalqının inanc və mədəniyyətinin əksidir.” - o bildirib.
Tamaşa sentyabrın 6, 7 və 8-də Təbrizin Naci teatrında səhnələşdiriləcək.
28 Avqust 10:48
1 561
25 Avqust 11:15
2 723
25 Avqust 11:13
2 597