29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
27 Aprel 10:49
8 883
“Kar və Kargar” qəzeti yazıb ki, Urmuda yerləşən “Maral Sənaye” müəssisəsi fəaliyyətini dayandırdıqdan sonra təxminən 1500 müqaviləli işçi qeyri-müəyyən vəziyyətdə qalıb.
Məlumata görə, Urmu yolunun 10-cu kilometrliyində yerləşən və özəl sektor tərəfindən idarə olunan, treyler, ox və ehtiyat hissələrinin istehsalı üzrə ən böyük istehsal zənciri hesab edilən bu müəssisə fəaliyyətini dayandırıb.
Hesabatda bildirilir ki, işdən azad olunma barədə bildiriş alan bəzi köhnə işçilər üç ay müddətinə işsizlik müavinəti almaq üçün əmək idarəsinə yönləndirilib. Digər tərəfdən, əsasən sürücü olan bir sıra yeni işçilər isə birbaşa işdən çıxarılıb.
Son bir ayda bu sənaye müəssisəsində xammalın (dəmir və polad lövhələr) təminatında yaranan problemlər işəgötürəni müvəqqəti bağlanma və işçi ixtisarına məcbur edib. Eyni zamanda, işçilərin əlavə iş saatları və istifadə olunmamış məzuniyyət haqları da daxil olmaqla bəzi ödənişləri esfənd ayının sonuna qədər gecikdirilib.
İşçilər bildirirlər: “Bundan əvvəl şirkətin vəziyyəti çox yaxşı idi və maaşlar demək olar ki, vaxtında ödənilirdi, lakin son bir-iki ayda yaranan xammal və maliyyə çatışmazlığı bu müəssisənin fəaliyyətinin dayanmasına və işçilərin işsiz qalmasına səbəb olub.”
Onların sözlərinə görə, “Maral Sənaye”nin hazırkı rəhbərliyi problemlərin həlli üçün addımlar atır və müəssisənin yenidən fəaliyyətə başlaması üçün dövlətin dəstək kreditlərini almağa çalışır.
İşçilər əlavə ediblər ki, məsul şəxslərin problemlərdən xəbərdar olmasına və dəfələrlə müraciət edilməsinə baxmayaraq, Urmu şəhərində heç bir rəsmi qurum bu məsələyə ciddi yanaşmır və bir aydan artıq vaxt keçməsinə baxmayaraq, istehsalın bərpası üçün heç bir addım atılmayıb.
Bu hadisələr ABŞ və İsrailin İranla müharibəsindən sonra iqtisadi böhranın dərinləşməsi fonunda baş verir. Son aylarda ölkədə işsizlik artıb, bir çox istehsal müəssisəsi xammal çatışmazlığı, enerji problemləri və maliyyə çətinlikləri ilə üzləşib. Bu vəziyyət əmək bazarına əlavə təzyiq yaradır və müxtəlif sahələrdə ixtisarların davam edəcəyi ilə bağlı narahatlıqları artırır.
28 Avqust 10:48
1 505
25 Avqust 11:15
2 667
25 Avqust 11:13
2 534