Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında Güney Azərbaycan

Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında

3-cü yazı

Jurnalda həmçinin Taymaz Nəzminin erməni terrorizmi barədə, Əlirza Qaffari Hafizin daşnakların anti-türk siyasətini ifşası düşməni tutarlı faktlarla ifşa edir. Zöhrə Vəfainin "Xaçsız missionerlər" məqaləsi erməni din xadimlərinin iç üzünü açır, dindən barış üçün deyil, savaşda bir vasitə kimi istifadə edən bu "xaç atalarının" xaç əvəzinə bellərinə xəncər bağladıqlarını göstərir. Törətdikləri qanlı əməllər barədə özlərinin belə yazmaq cəsarəti olmayan ermənilər bu missionerlik hərəkətlərinə həm də tarixi Azərbaycan ərazilərində yer-yurd adlarının saxtalaşdırılması kimi ifrat anti-humanist siyasət yeridirlər.
Hüseyn Sultaninin "Qarabağın əsl sakinləri kimdir?" məqaləsi tarixi həqiqətlərin və milli haqların təsdiqi baxımından əhəmiyyətlidir. Qarabağın tarixi Azərbaycan yurdu olduğunu göstərən müəllif çar Rusiyasının Qafqazdakı siyasətini, burada keçirdiyi demoqrafik dəyişikliklərin, erməniləşdirmə, xristianlaşdırma siyasətinin başlıca məqsədləri barədə ətraflı bilgi verir.
"Qarabağ necə Artsax oldu?" məqaləsi (müəllif Hadi Nuri) ermənilər tərəfindən edilən toponomik təzyiqlərin, süni demoqrafik dəyişikliklərin ifşasına həsr olunub. Dünya sivilizasiyasının əski ünvanlarından olan Azıx mağarasının qədim türk torpaqlarında olması erməniləri daim narahat etmiş, bu yerüstü "tarix kitabı"rnn erməniləşdirilməsi yolunda dəridən-qabıqdan çıxmışlar. Lakin məqalə müəllifi regionun 1823-cü ildə bəri ermənilərin apardıqları demoqrafik dəyişikliklərdən cədvəlini verməklə əsl faktları üzə çıxarır, onların saxtakarlıqlarını ifşa edir. Müəllif müasir İran məmləkətində çox böyük azlıqda qalan ermənilərin də belə şovinist əməllərindən söz açaraq onların region üçün daim narahatlıq mənbəyi olduğunu göstərir.
Vəziyyəti etnopsixoz halına gətirən bu militarist partiya öz fəaliyyətini bu gün də sürətlə artırır, türk dünyasına meydan oxumaqda davam edir. Bu siyasətin təbliğat topluları olan kitablar fars dilində nəşr olunur, ölkənin yarısını təşkil edən yerli türk və azərbaycanlı xalqa qarşı xaç yürüşü keçirilir. "Ermənistan tarixi", "Ma- yrik", "Pantürkizm əfsanəsi", "Ermənistan 1915-ci ildə", "Ermənilərin soyqırımı", "Qızıl buynuzlu sərkərdələr", "Bir millətin məhvi" kimi kitabların hər sahəsində türk-Azərbaycan xalqına qarşı nifrət, intiqam hiss kodlaşdırılıb. Erməni terrorizminin ünvanları bu kitab¬ların tanıdılması adekvat tədbirlər görməyi tələb edir. Belə operativ tədbirlərdən biri kimi işıq üzü görən jurnal Qafur Əlipurun, Nəcib Hebelment olğunun, Əli Səmədlinin, Ozan Arifinin və digər milli qeyrət daşıyıcısı olan qələm Adamlarının məqalələri vasitəsilə ifşa olunur, həqiqətin üzə çıxması, dünyaya tandılması üçün səylər göstərilir [2004, 16 sentyabr].
18 yanvar 2001-ci ildə BBC radiosunda müsahibəsində Amavelyan deyir: "18 yanvar 2001-ci ildə Yerevanda Ermənistanla İran arasında 3 günlük iqtisadi seminar keçirilib. Bu seminarda: 1. Araz çayı üzərində birgə elektrik stansiyasının qurulması; 2. İrandan Ermənistana qaz kəmərinin çəkilişi;
3. Mehri-Kaçaran tünelinin qurulması;
4.Ticarət və iqtisadi əlaqələri genişləndirmək imkanlarının öyrənilməsi (BBC, 18 yanvar, 2001) məsələləri müzakirə edilmişdi. Xatırladaq ki, bu qəbildən olan ilk seminar 1998-ci ilin oktyabrında keçirilmişdi.
İran tərəfi bəzən ermənilərin hətta Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən tədbirlərdə iştirakdan belə çəkinmirlər. Belə ki, 2004-cü ilin mart ayında Novruz bayramı ərəfəsində erməni şahmatçısı Tiqran Petrosyanın 85 illiyi şərəfinə Dağlıq Qarabağda təşkil olunmuş "Beynəlxalq yarışa" İran şaxmatçıları da iştirak etmişdilər.
Eyni zamanda, Qarabağ idmanşıları da ayrıca müstəqil iştirakçı kimi İrana dəvət olunub. Kermanda karate üzrə Beynəlxalq müsabiqə keçirilmişdi. Bu müsabiqədə Türkiyə, Rusiya, Ermənistan, Qarabağ, Yunanıstan, Gürcüstan, İranın iki komandası - Kerman və Bəm şəhərinin komandaları iştirak etmişdilər. 55 idmançı mordad ayının 20- də bir-biriylə mübarizə aparacaqlar [1994, 14 avqust].
Tədqiqatçı Səlcuq Kamal öz məqaləsində yazır ki, ermənilərin azərbaycanlılara qarşı soyqırım törətmələrinə baxmayaraq, Tehran İrəvan ilə Azərbaycanın işğal olunmuş ərazilərində işbirliyinə malikdir: "Dünən Xocalı faciəsinə ağlamış bəşəriyyətin gözləri bu gün bizi artıq soyqırıma aparan bir millət kimi süzür. Fransanın bizim məhkumiyyətimizdə parlamentində saxta qərarlar çıxarır. Amerika qərar almasa da, önəmli bir məsələ kimi parlament iclaslarında danışığa qoyur. Yunanıstan, İtaliya, ... eyni. 22 aprel Tehran xiyabanları "Türkə ölüm", "Azərbaycanlıya ölüm" hayqıran erməni demons- tronsiyonu özündə yerləşdirir. İranın İslam Şurası Məclisində də bizim apardığımız soyqırım düzlüyənə İran hakimiyyətini inandırmaq üçün iki erməni deputatı çalışırlar".
Məlumdur ki, Naxçıvanla Azərbaycan Respublikası arasında yerləşən Mehri ermənilərin əlindədir. Həmin rayon vasitəsilə ermənilər Naxçıvanı iqtisadi mühasirəyə salmış, Bakı-Naxçıvan dəmiryol xəttinin işləməsinin qarşısını almışlar. İran İslam Respublikası məhz özünün Araz çayı üzərində saldırdığı Mehri körpüsü vasitəsilə İrandan Ermənistana ticarət malları, yanacaq və hərbi sursat daşıyır. Təbrizin Baron Avak məhəlləsində minlərlə erməni yaşayır, bu məhəllə bir növ Təbriz-Ermənistan əlaqələrinin qərargahına çevrilib. İranın ticarət nazirliyinin nümayəndəsi Təbrizə gələrək tacirləri Ermənistanla ticarət etməyə və belə tacirlərə güzəştli faizlərlə pul krediti verməyi vəd etmişdi. Təbriz, Xoy və Urmiyada erməni məktəbləri, kilsələri fəaliyyət göstərir. Tehranın universitetlərində erməni dilində fakültələr var. Təbriz, Tehran və İsfahanda ermənilərin fəaliyyəti daha da genişlənib və onlar dövlət tərəfindən hərtərəfli himayə edilir. Ermənistandan hərbi hazırlıq keçmək məqsədilə İrana göndərilmiş erməni zabitləri və kursantları üçün Təbriz və Ərakda hərbi təlimlər keçirilir, onlara həm də fars dili də öyrədilir. İran hökuməti İrəvanda Göy Məscid binasını yenidən təmir etdirib. Halbuki İrəvanda bir nəfər belə müsəlman azərbaycanlı türkü qalmayıb. İran İslam Respublikası Ermənistanı qaz, benzin, neft, mazut və s. yanacaq ilə təmin edir. Bu amil isə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində İrəvana qarşı hərbi-iqtisadi dəstək deməkdir. İran ilə Ermənistan arasında sıx iqdisadi, siyasi və mədəni əlaqələr var.
İran dövlətinin ermənilərə bu qədər imtiyazlar verməsi təkcə indiyə aid deyil. XX əsrin əvvəllərindən başlayaraq, belə imtiyazların verilməsi daha genişlənib və çoxaldılıb.
Fars və ermənilərin mənəvi yaxınlığı var. Belə ki, ermənilərlə farsların eyni dil, eyni irqdən və qan qohumluğu olduğunu İran alimi Pərviz Vərcavəndin 1999-cu ildə ilk dəfə fars dilində Tehranda nəşr etdirdiyi "İran və Qafqaz" ("Aran və Şirvan") əsərində Andronik Hoyanın fars dilində yazdığı "Erməni mədəniyyəti ilə İran mədəniyyətinin uzun sürən həmişəlik bağlılıqları" yazısı həmin kitabın 361-389-cu səhifələrində çap edilib. O, yazır: "Ermənilərin dili hind-Avropa dilinin bir şaxəsidir ki, fars dili ilə yaxın qohumluq əlaqələri var. Parfiyalıların dövründə iranlılar və ermənilər bir-birinin dilini başa düşürdülər. İndi də Pəhləvi lüğətləri erməni dilində müşahidə edilməkdədir. Andronikin yazdığına görə, ermənilərin təqvimi ilə farsların təqvimi eynidir. 12 ay 30 gün qalır ki, farslar həmin beş günü 8-ci ayın axırına, ermənilər isə 12-ci ayın sonuna əlavə edirlər. Farslarla ermənilərin dastanları və əfsanələrində də biri-birinə çox oxşarlıqları var. Erməni dili ariyailərin dilindən biridir ki, fars dili ilə ayrılmaz bağlılığı var.
İranda Dağlıq Qarabağ probleminin köklərilə bağlı ictimai rəyin formalaşmasında mənfi rol oynayan fars və erməni tarixçilərinin əksinə olaraq, bir sıra müəlliflər hadisələrə obyektiv, ədalətli yanaşma metodunu seçiblər. Erməni daşnaklarının 1918-ci ildə Güney Azərbaycanda Urmiya, Xoy, Səlmas, Maku, Şərəfxana, digər şəhər və kəndlərdə azərbaycanlılara qarşı törətdikləri kütləvi soyqırım haqda çox az yazılıb. Təbrizli tarixçi alim Səməd Sərdariniyanın 2005-ci ilin sonunda çapdan çıxmış kitabı bu boşluğu doldurmaq üçün sanballı bir əsərdir. Müəllif Qafqaz, İran, Türkiyəyə qarşı rusların işğalçılıq siyasətində ermənilərin "katalizator" rolu oynamasını, xəyanət və arxadan bıçaq vurmaq kimi alçaq əməllərini onların "Böyük Ermənistan" xülyasında yaşamaqları ilə izah edir.
Bütün yuxarıda deyilənlərdən belə bir nəticə hasil etmək olar ki, İran özünün Qafqaz siyasətində Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini formalaşdırarkən həm özünün siyasi, iqtisadi, geostrateji maraqlarını, həm də region ölkələrinin maraqlarını nəzərə almağa çalışmış, lakin böyük dövlətlərin Güney Qafqazdakı maraqlarına münasibətdə balans siyasətini qoruyub saxlaya bilməmiş və bu da təbii olaraq adı çəkilən regionda sülh və təhlükəsizliyin hələ də kövrək olaraq qalmasını şərtləndirib. Rəsmi dairələr tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması və elan olunmasına baxmayaraq İran dövləti Qafqaz siyasətində Dağlıq Qarabağ problemindən Azərbaycana qarşı vasitə kimi istifadə edir.

Sübhan Talıblı
tarix üzrə fəlsəfə doktoru