Arazın güney sahilində 130 hektar süni meşə zolağı məhv edilib Güney Azərbaycan

Arazın güney sahilində 130 hektar süni meşə zolağı məhv edilib

Məsulların səhlənkarlığı və diqqətsizliyi nəticəsində Poldəştdə Araz çayı boyunca süni meşə sahəsinin yarısının məhv olub.

Torpaq eroziyasının qarşısının alınması üçün Qərbi Azərbaycan əyalətinin Poldəşt bölgəsində Araz çayı boyunca salınan 130 hektar süni meşə zolağı baxımsızlıq ücbatından məhv olub.
Qərbi Azərbaycan əyalətinin Radio və Televizyasının verdiyi məlumata görə, ümumi sahəsi 250 hektar olan süni məşə zolağının qalan 120 hektarıda yox olmaq üzrədir.
Makı, Poldəşt, Çaldran və Şot şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əlipur verdiyi açıqlamada meşə zolağının baxımsızlıq və məsulların laqeydliyi ucbatından quruduğuna etirazıını bildirib və məsələnin araşdırılması, tədbir görülməsi üçün rəsmilərə müraciət göndərdiyini deyib.
Poldəşt məhkəməsinin başçısı Məhəmməd Zadigan da, torpaqları mənimsəmək istəyənlərin bu işdə rolunun olduğunu və məsələnin araşdırılması üçün tədbir görəcəklərini söyləyib.
Araz Su Qurumunun dirrektoru Zakeri açıqlamasında “meşəliyin məhv olmasının əsas səbəbi baş verən yanğınlar və ağacların öz mənfəətini güdən şəxslər tərəfindən kəsilməsidir” deyə bildirib.
Məlumata görə, Arazın Su Qurumu ilə Makı Azad Ticarət Bölgəsi İdarəsi 2018-ci ilin mart ayında anlaşma imzalayıb. Anlaşmaya əsasən, meşəliyin 120 hektarının canlandırılması məsələsi Makı Azad Ticarət Bölgəsi İdarəsinə həvalə edilib. Ancaq idarə tərəfindən icra əməliyyatına hələ də başlanılmayıb.
Zakiri meşəliyin Qərbi Azərbaycanda turizm sektorunun gəlişməsi baxımından önəminə toxunub, məsulların nəzarəti ilə buranın turistik bölgəyə çevrilə biləcəyini deyib.

Gunaz.tv