
"Qərb Putini durdurmaq qərarı verib"
29 Avqust 09:09
29 Avqust 09:09
27 Avqust 23:45
27 Avqust 23:33
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Gəncə” ilə final oyununa yaxşı hazırlaşmışdıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Abşeron” komandasının meksikalı oyunçusu Jozelin Landeros “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş Azərbaycan Kubokunun finalında “Gəncə” komandasına 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
24 yaşlı voleybolçu ikinci setin özləri üçün çətin keçdiyini bildirib: “Rəqib güclü mübarizə apardı. Heyətində yüksək səviyyədə çıxış edən voleybolçular var. Bu səbəbdən oyun ərzində çoxlu güc sərf etdik. Mövsümə titulla başlamaq önəmli idi. Çünki əldə olunan uğur gələcək matçlarda komandaya əlavə stimul verəcək. Hədəfə çatdıq. İştirak etdiyimiz yarışlarda birinci olmaq istəyirik. Yaxşı kollektivimiz var. Bu cür qarşılaşmalar komanda üzvlərinin bir-biri ilə daha yaxşı anlaşmasına kömək edir. İnanıram ki, yerli çempionatda da uğurlu mövsüm keçirəcəyik”.
Xatırladaq ki, kişilərin mübarizəsində "Xilasedici" komandası “Azərreyl”i 3:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.