

Moskvada erməni MMA döyüşçüsü Mixail Allahverdyan saxlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, onun üzərində odlu silah aşkar edilib.
“Sport Baza” teleqram kanalının məlumatına görə, mayın 5-nə keçən gecə yol polisi əməkdaşları sənədlərini yoxlamaq üçün 007 nömrəli “Cadillac Escalade” markalı avtomobili saxlayıblar. Avtomobili 33 yaşlı Mixail Allahverdyan idarə edib. Polislər sənədləri yoxlayarkən avtomobildə sürücü oturacağının arxasında şübhəli dəri çantanın olduğunu görüblər. Allahverdyan çantada sənədlərin olduğunu bildirib. Lakin çantanı açanda polis əməkdaşı orada silah görüb. Allahverdyan onu küçədə tapdığını və polisə aparmağa hazırlaşdığını iddia edib.
Polis əməkdaşı silaha baxış zamanı tapançanın lüləsinin kəsildiyini və kanalının dəyişdirildiyini görüb. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib və silah ekspertizaya aparılıb.