

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
"Araz-Naxçıvan"la cavab oyunu tamam fərqli olacaq.
"Report" xəbər verir ki, bunu "Aris"in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis maraqlı görüşə şahidlik etdiklərini bildirib:
"Bizim üçün çox pis nəticə oldu. Qol vurduqdan sonra oyuna nəzarət edə bilərdik, lakin bacarmadıq. Bəzi futbolçularımız fiziki cəhətdən hazır deyildilər. Rəqib qələbəyə layiq idi. Artıq ilk qarşılaşmanı unudub, cavab görüşünə hazırlaşmalıyıq. Cavab matçı tamamı ilə fərqli olacaq. Təcrübəli futbolçularımız var. Cavab görüşündə onların gücündən yararlanacağıq. İkinci qolu səhvimizdən buraxdıq. Hətta, üçüncü qolu da qapımızda görə bilərdik".
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab matçı iyulun 31-də Salonikidə baş tutacaq.