“Fənərbaxça” öz meydanında qələbə qazanıb İdman

“Fənərbaxça” öz meydanında qələbə qazanıb

Türkiyə Super Liqasında VII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.

Komanda "Antalyaspor"u qəbul edib. Matç "sarı-lacivərdlilər"in üstünlüyü ilə keçib.

İkinci yarıda Anderson Talişka penaltini dəqiq yerinə yetirib. Oyunun sonlarında Sebastian Şimanski matçda yekun nəticəni müəyyənləşdirib - 2:0.