09:51
1 218
“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.
O, Gəncədə hücuma məruz qalıb.
Klubdan Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi isə bildirilməyib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, bu gün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü Veysəl Rzayev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
***
09.38
Gəncədə futbolçunu bıçaqlayan şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
APA-nın yerli bürosuna DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
***
05:26
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V. Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçudur.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.