Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Qaraçuxur bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Hovsan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Bülbülə bələdiyyəsində görüş keçirib
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
11 Fevral 12:38
4 683
Nərimanın yeni komandasında uğurlu olacağına inanırıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın “Kolumbus Kryu” klubuna transfer olunan Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ilk məşqçisi Xəyal Abbasov deyib.
22 yaşlı hücumçunun ilk addımlarını “Xəzər Lənkəran”da atdığını xatırladan mütəxəssis onun istedadlı oyunçu olduğunu vurğulayıb: “Nəriman 9 yaşında qardaşım Röyalla birlikdə bizim rəhbərliyimiz altında məşqlərə başlayıb. Həmin dövrdə özündən 2-3 yaş böyüklərlə məşq edirdi. Artıq legioner həyatı yaşayacaq, bu bizi çox sevindirdi. İnanıram ki, ABŞ klubunda da özünü yaxşı tərəfdən göstərəcək. Hər bir məşqçinin arzusudur ki, yetirməsi xaricdə çıxış etsin”.
O, ABŞ klubuna transferin futbolçu üçün düzgün qərar olduğunu söyləyib: “Transferlə bağlı baş məşqçi Qurban Qurbanov da artıq münasibət bildirib. O, peşəkar məşqçidir və fikirləri hər zaman bizim üçün önəmlidir. Biz də hesab edirik ki, bu, düzgün qərardır”.
X.Abbasov Nəriman Axundzadənin gənc olmasına baxmayaraq, “Qarabağ”da uğurlu çıxış etdiyini bildirib: “O, 18 yaşında debüt etdiyi Ağdam klubunda 24 qol vurub, 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub. Avropa Liqasında və Çempionlar Liqasının pley-off mərhələsində oynayıb. İnanırıq ki, yeni komandasında bu uğurların davamı gələcək”.
Qeyd edək ki, Nəriman Axundzadə ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.
4 İyul 19:39
1 204
4 İyul 19:38
1 113
3 İyul 20:12
1 330
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib